19 aprel 2024 13:40
131

MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov uşaqların I sinfə müsahibə ilə qəbul olunması məsələsinə narazılığını bildirib.

“İki sahil” xəbər verir ki, o, parlamentin bugünkü plenar iclasında “Təhsil haqqında” qanuna təklif olunan dəyişiklərin müzakirəsi zamanı ölkədə 9 illik təhsilin icbari olduğunu vurğulayıb.

S.Novruzov deyib ki, şagird məktəbə dərs öyrənmək üçün gəlir:

“Əgər həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?! Vaxtilə Rusiya çarı Aleksandr manifest qəbul etdi və insanları evindən dartıb məktəbə gətirdi. İndi isə insanların məktəbə gəlməyib evdə oturmasını istəyirlər".