25 aprel 2024 12:23
186

Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsində işlər mayda yekunlaşacaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan hissəsində işlər bu ilin may ayında yekunlaşacaq.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.

S.Məmmədov bildirib ki, hazırda işlərin 95%-i tamamlanıb.