25 aprel 2024 13:19
204

Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb- Sahil Babayev

Bu ilin aprel ayından Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Bakıda keçirilən biznes forumda deyib.

Onun sözlərinə görə, Azərbaycan Macarıstana neft ixrac edir: "Bu ildən etibarən isə Azərbaycan qazının Macarıstana tam şəkildə təchizatına başlanılıb. Macarıstanla 100 milyon kubmetrlik müqaviləmiz var".

S. Babayev vurğulayıb ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlığın bütün sahələri genişlənir, o cümlədən enerji əməkdaşlığı çoxşaxəlidir.