30 aprel 2024 11:45
231

Xarkovda mülki hədəfləri vurulub, ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

Xarkovda mülki hədəfləri vurulub, ölənlər və yaralananlar var

“İki sahil” xəbər verir ki, bu barədə “RBK-Ukraina” Xarkov meri İqor Terexovun "Telegram" kanalına istinadən məlumat yayıb.

"Xarkovda partlayış səsləri eşidilir. Şəhər təcavüzkarın hücumuna məruz qalır. Ehtiyatlı olun", - Terexov qeyd edib.

Xarkov vilayətində hava hücumu xəbərdarlığı elan edilib.

Hava hücumu ilə bağlı açıqlama zamanı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ballistik silahların tətbiqi təhlükəsi barədə xəbərdarlıq edib. Bir neçə dəqiqə sonra onlar Xarkov vilayətinin ərazisində idarə olunan hava bombalarının olduğunu bildiriblər.

Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinegubovun sözlərinə görə, Xolodnoqorski və Xarkovun Kiyev rayonları vurulub.

Qeyd olunur ki, mülki infrastruktura zərbələr endirilib. Park ərazisinin yaxınlığına da zərbələr endirilib.

Həlak olanların sayı hələ müəyyən edilir.