02 may 2024 09:36
219

Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb

Bakıda 33 yaşlı kişi quyuya düşərək ölüb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev tullantı maddələr axıdılan quyuya düşərək həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.