17 yanvar 2018 18:29
900

Media nümayəndələri imtahan prosesini izləyiblər

Media nümayəndələri Azərbaycan Dillər Universitetində imtahan prosesini izləyiblər

Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub.

ADU-dan bildirilib ki, media nümayəndələri imtahan prosesini izləyiblər. Universitetin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev KİV təmsilçilərinə imtahan prosesi barədə məlumat verib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

Mediaturdan sonra KİV nümayəndələri ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüblər. Rektor qonaqlara mediaturda iştirak etdiklərinə görə təşəkkürünü bildirib, müasir medianın tanınmış nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağına əminliyini ifadə edib. Rektor daha sonra universitetin tədris prosesi və beynəlxalq əlaqələri, ali təhsil müəssisəsində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları, tədris olunan dillər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, media mənsubları ilə universitet arasında əməkdaşlığın əhəmiyyətindən söz açıb, bu əlaqələrin davamlı olmasının vacibliyini vurğulayıb.

KİV təmsilçiləri prosesin təşkili və gedişatından razılıqlarını ifadə ediblər. Bildirilib ki, imtahanlarda obyektivlik və şəffaflıq təmin olunub, sessiya normativ sənədlərə uyğun və qərəzsiz keçirilib.