02 may 2024 17:28
231

ABŞ səfiri rəsmi Tbilisiyə ÇAĞIRIŞ ETDİ

Gürcüstan hökuməti NATO və Aİ-yə inteqrasiyaya sadiqliyini bir daha təsdiqləməlidir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, ABŞ bu müraciəti Tbilisiyə edib.

Amerikanın Gürcüstandakı səfiri Robin Danniqanın sosial şəbəkələrdə bildirib ki, Birləşmiş Ştatlar güclü münasibətlərə sadiqdir və gürcü xalqına “yalnız sülh, sabitlik və firavanlıq” arzulayır.

“Biz hökuməti Gürcüstan Konstitusiyasında yazıldığı kimi ölkənin Avro-Atlantik gələcəyinə sadiqliyini bir daha təsdiqləməyə çağırırıq” – səfir qeyd edib.