02 may 2024 21:30
252

Zurabişvili 25 məhkumu əfv etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Pasxa bayramı ilə əlaqədar 25 məhkumu əfv edib.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, 4-ü qadın olmaqla 16 məhkum koloniyada cəza çəkməkdən tamamilə azad edilib, 1-i qadın olmaqla 8 məhkumun cəzası azaldılıb.

Amnistiya aktı şərti cəzanı çəkməkdən tamamilə azad edilmiş iki məhkuma da şamil olunub.