07 may 2024 23:05
278

Qaradağda Bilik olimpiadasının və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının, Qaradağ rayon İcra Hakimiyyətinin və “Kainat” Tədris Mərkəzinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda birlikdə təşkil etdiyi Bilik olimpiadasının və İnşa müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunma mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki,  mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin zəngin həyatı və dövlətçilik fəaliyyəti barədə stendlərlə tanış olublar.

Mərasimi açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqdar ölkəmizin hər yerində çoxsaylı tədbirlərin təşkil edildiyini qeyd edib. Qafar Əliyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin bansi və xilaskarı, xalqımızın Ümummmilli Lideri Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb və hər bir gənc bu dahi şəxsiyyətin nəsillərə nümunə olan həyatını və zəngin dövlətçilik fəaliyyətini dərindən öyrənməlidir. YAP Qaradağ rayon təşkilatının Qaradağ rayon İcra hakimiyyəti və “Kainat” Tədris Mərkəzi ilə birlikdə təşkil etdiyi Bilik olimpidasının və İnşa müsabiqəsinin məqsədi Ulu Öndər Heydər Əliyevin irsini geniş təbliğ etmək, şagirdlərimizə bu dahi şəxsiyyət kimi Vətənini sevməyi, dövlətçilik ənənələrinə və milli-mənəvi dəyərlərə hörmətlə yanaşmağı öyrətməkdir.

Bilik Olimpiadasında və inşa müsabiqəsində Qaradağ rayonunda yerləşən bütün ümumtəhsil müəssisələrindən 700-ə yaxın yuxarı sinif şagirdinin iştirak etdiyini qeyd edən YAP rayon təşkilatının sədri belə yarışların rayonda yaşayan savadlı və istedadlı şagirdləri aşkar etməyə imkan yaratdığını da deyib.

Mərasim iştirakçılarını salamlayan Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. O bildirib ki, belə müsabiqələr və olimpidalar gənc nəslin bu dahi şəxsiyyətin irsini öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdir.

Mərasimdə çıxış edən “Kainat” Tədris Mərkəzinin direktoru Məlahət Budaqova Bilik olimpiadasının və İnşa müsabiqəsinin təşkilinə görə YAP Qaradağ rayon təşkilatına və Qaradağ rayon İcra Haimiyyətinə minnətdarlığını bildirib. O qeyd edib ki, həm olimpiadanın nəticələri, həm də inşa müsabiqəsinə təqdim edilən yazılar müstəqil qiymətləndirmə komissiyası tərəfindən obyektiv yoxlanıb və ədalətli qiymətləndirlib.

Sonra qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Sonda xatirə fotosu çəkdirilib.

Zamin Məmmədov, “İki sahil”