10 may 2024 13:23
250

Türkiyə ordusu İraq və Suriyada 17 terrorçunu öldürüb

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, İraqın şimalındakı Hakurk, Qara və Pənçə-Kilit əməliyyat bölgələrində PKK terror təşkilatının 10 üzvü öldürülüb.

Həmçinin, Suriyanın şimalındakı Zeytin Dalı və Barış Pınarı bölgələrində PKK/YPG terror təşkilatının 7 üzvü zərərsizləşdirilib.