10 may 2024 14:14
254

Çindən ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərə ETİRAZ

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, rəsmi Pekin ABŞ-ın Çin şirkətlərinə tətbiq etdiyi məhdudiyyətlərə qarşıdır.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, əvvəlki Amerika administrasiyası Çin idxalına rüsumlar tətbiq edib və indiki administrasiya nəinki bu yanlış addımı yenidən nəzərdən keçirməyib, həm də iki ölkənin iqtisadi və ticarət məsələlərinin siyasiləşdirilməsi prosesini gücləndirib.

Xarici İşlər Nazirliyi ABŞ-ı Ümumdünya Ticarət Təşkilatının qaydalarına əməl etməyə və Çinə tətbiq edilən bütün tarifləri aradan qaldırmağa çağırıb.

Xatırladaq ki, ABŞ Amerikanın milli təhlükəsizliyinə qarşı hərəkətlərə görə Çindən olan 37 təşkilata ixrac məhdudiyyəti tətbiq edib.