12 yanvar 2018 01:20
1317

Kompyuter texnologiyasında inqilabi yenilik

Alimlər tezliklə insan beyninin tam molekulyar modelini yaradacaqlar. “Brainome” adlandırılan sözügedən qlobal layihə üzərində dünyanın 80 aparıcı universitetindən olan alimlər çalışır.

“İki sahil” qəzetinin “alzeimersanddementia.com” saytına istinadən yaydığı məlumata əsasən, tədqiqatlar nəticəsində  alimlər süni yolla insan beyninin tam strukturunu yaratmaqla onun iş fəaliyyətinin öyrənilməsində yeni mərhələyə qədəm qoyacaqlar. Mütəxəssislərin sözlərinə görə, insan beyninin kodunun açılması ayrıca neyrona - onun fəaliyyət strukturunun əsasını təşkil edən xüsusi hüceyrəyə çatdırılacaq.

Layihə çərçivəsində insan təfəkkürünün prinsipləri əsasında işləyən kompyuterin yaradılacağı da gözlənilir ki, bu da inqilabi kompyuter texnologiyasının əsasını qoyacaq.

Qeyd edək ki, “Brainome” layihəsində Avropanın 22 ölkəsinin universitetləri, eləcə də Yaponiya, ABŞ və Çin universitetləri iştirak edirlər.

Nubar Süleymanova, “İki sahil”