16 may 2024 09:01
315

Peskov bildirib ki, Rusiya Ukraynada istənilən sülh təşəbbüsünü alqışlayır

Rusiya Ukrayna ilə bağlı istənilən sülh təşəbbüsünü alqışlayır.

“İki sahil” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ren-TV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu münaqişənin mövzusu Çindəki danışıqlarda da müzakirə olunacaq: “Ukrayna mütləq müzakirə olunacaq. Biz istənilən sülh təşəbbüslərini alqışlayırıq. Çin tərəfinin mümkün perspektivlər, vəziyyətin həlli üçün bəzi cəhdlərə başlamaq üçün mümkün zəminlə bağlı baxışı Moskvanı heyran edir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”