31 oktyabr 2024 22:59
87

Pakistan Prezidenti ayağını sındırıb

Pakistan Prezidenti Asif Əli Zərdari oktyabrın 30-da axşam Dubay Beynəlxalq Hava Limanında təyyarədən enərkən yıxılıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Dawn” qəzeti prezident katibliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Dövlət başçısı yıxıldıqdan sonra dərhal xəstəxanaya aparılıb. Tibbi müayinədən sonra onun ayağının sındığı məlum olub və gips sarğısı qoyulub.

Qeyd olunub ki, Zərdariyə tam istirahət təyin olunub. Prezident dörd həftə ərzində gips taxmalı olacaq.