Baş nazir Nikol Paşinyan ötən gün Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə protokolun imzalanmasını böyük uğur adlandırıb.
"İki sahil” “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, hökumətin iclasında Paşinyan qeyd edib ki, bu, Ermənistanın suverenliyi və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub.