Slovakiyanın Baş naziri Robert Fitso çoxsaylı yaralar alıb və beş saat ərzində əməliyyat olunub.
"İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə xəstəxananın direktoru Miriam Lapunikova bildirib.
Onun sözlərinə görə, Baş nazir hələ də reanimasiya şöbəsindədir.
Xatırladaq ki, ötən gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş R.Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş açanın motivi siyasi olub. Slovakiya KİV-i qeyd edib ki, Baş nazirinin həyatına sui-qəsd 71 yaşlı yazıçı Yuray Tsintula tərəfindən edilib. Həmin şəxs polis tərəfindən tutulub.