Almaniyada hərbi təlim keçən 7 ukraynalı əsgər sağçı ekstremist simvollardan istifadə etdikləri üçün Almaniyadan qovulub.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında bildirilir.
Məlumatda qeyd edilir ki, Bundesverin Ukrayna Silahlı Qüvvələri üçün keçirdiyi təlimlər zamanı sağçı ekstremist simvollardan istifadə edən əsgərlərlə bağlı 7 fakt müəyyən edilib.
Bundan sonra alman hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin bu əsgərlərinə təlim keçməyi dərhal dayandırıb və onlar Ukraynaya deportasiya ediliblər.