28 may 2024 02:58
266

Sındı qol-qanadı yanına düşdü...

Hayların xəyanəti bumeranq kimidir, atıldığı yerə qayıdır

Əvvəllər “Biz daim Ermənistanın yanındayıq” deyən Fransa prezidenti Emmanuel Makronun ikiüzlü və yalançı sifəti bir daha göründü. Artıq ermənilər aldandıqlarını hiss edirlər. Haylar öz müttəfiqlərindən bunu heç  gözləməsələr də bu dəfə xəyanətlə üz-üzə qaldıqlarını etiraf etməli olublar. Daim ondan-bundan kömək gözləyən, gəlib onların əvəzinə vuruşacaqlarını uman qorxaq haylar yersiz iddialarının boşa çıxmasından bərk sarsılıblar. Ancaq unudurlar ki, özləri tarix boyu üzünə gülüb dost dediklərinin kürəyinə xəncər saplayaraq xəyanət ediblər. İndiyədək başqalarına etdikləri isə indi öz başlarına gəlir. Özü də bu xəyanət "böyük bacı" tərəfindən edilir.

“Fransa ilə nə qədər yaxşı və isti münasibətlər olsa da, Ermənistana təcavüz olarsa, Paris öz qoşunlarını köməyə göndərməyəcək.” Bu sözləri Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Paris ən yaxşı halda göstərdiyi dəstəyi bir az artıracaq, amma bundan artıq heç nə etməyəcək.

Papazyan tələb edir ki, Ermənistan Rusiya ilə münasibətləri bərpa etməlidir, indiyədək ona sipər olan müttəfiqini düşmənə çevirməməlidir. Ancaq damarlarında qatı daşnak qanı axan xəstə hay Azərbaycanla Türkiyənin adlarını bu sırada çəkməyib. Bunu fikirlərinin davamında açıqca  bildirib.

Papazyan Avropa İttifaqının Türkiyəyə Qafqaz məsələləri ilə məşğul olmaq səlahiyyəti vermək istəyi barədə xəbərlərdən dərindən narahat olduqlarını da təəssüflə qeyd edib. Məlumdur ki, haylarda türklərə qarşı siyasi korluq və patoloji nifrət həmişə olub və bu mərəzlərdən bu gün də xilas ola bilmirlər. Belələri türkün yurdunda yaşasalar da, onun himayəsinə sığınsalar da daim bizlərə qarşı düşmən hərəkətlərindən əl çəkməyiblər. Fransada sülənən haylar isə tamamilə barışmaz mövqe tutublar, yaşadıqları mühitin təsiri onları daha da aqressivləşdirir.

Vallah, bunlar Yer planetinin əcaib varlığıdır. Ayaqları dəyən torpaqları sahibinin əlindən almağa vərdiş etmiş haylar həmin əraziləri qan çanağına döndərirlər. Üç yüz ildə başımıza gətirdikləri olmazın düşmənçilikləri, dəfələrlə törətdikləri dəhşətli soyqırımlar, Rusiya imperiyasının köməyi ilə gəlib ərazimizdə özlərinə dövlət qurmaları bunun əyani  sübutudur. Bu xəstələr özgələrin torpaqlarına öz ata-babalarının malı kimi baxırlar.

“İndi bütün dünyanın əsas vəzifəsi Süniki, yəni Zəngəzuru Ermənistandan qoparmaqdır. Düşünürəm ki, bu, heç vaxt baş verməyəcək”.

Bu da bitib-tükənməyən erməni iddialarından biri.  Erməni mediasına istinadən xəbər verilir ki, bu sözləri “Taşir” şirkətlər qrupunun təsisçisi, sahibkar Samvel Karapetyan Moskvada keçirilən Ermənistan biznes forumu - 2024 tədbirində işlədib. Görürsünüzmü, haylar başqasının torpağından necə dördəlli yapışıblar?

Xatırladaq ki, Qərbi Azərbaycanla kifayətlənməyən haylar Qarabağımıza da göz dikmişdilər. Lakin bu arzuları elə gözlərində də qaldı. Başlarına enən “dəmir qapazlardan” sonra bir çoxu anlamağa başladı ki, qonşularla düşmənçilik edə bilməzlər. Edərlərsə bu, onların özlərinə baha başa gələr. Necə ki, gəldi, qaş düzəltdikləri yerdə vurub gözlərini çıxardılar.

Hazırda Ermənistanda keçirilən rəy sorğularında müharibələrdən bezmiş hayların bir çoxu bildirir ki, əvvəllər azərbaycanlılarla birgə heç bir problemsiz yaşayıblar, deməli, bundan sonra da yaşaya bilərlər. Ancaq Papazyan kimi daşnaklar sadə haylarda Azərbaycan və Türkiyənin simasında əbədi düşmən obrazı yaratdıqlarından haydaşlarını sülhə gəlməməyə,   yeni müharibələrə hazırlaşmağa çağırırlar. Dövlətçilik ənənələri ilə heç vaxt yaşamamış daşnaklar indi də vəhşi sürü halında yaşamağı seçirlər. Çünki iyirmi birinci əsrə gəlib çatsalar da qandıqları bu qədərdir.

Vəli İlyasov, “İki sahil”