13 iyun 2024 14:45
200

Rusiya rublunu nə gözləyir? - AÇIQLAMA

Rusiya Mərkəzi Bankı bütün bazarlarda sabitliyi təmin etməyə qadirdir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki,  bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Mərkəzi Bankdan verilən açıqlamalardan davam edək. Əslində, Mərkəzi Bank meqatənzimləyicidir, o, bütün bazarlarda sabitliyi təmin etmək iqtidarındadır, bu, həyata keçirilir”, - deyə Peskov ABŞ-ın sanksiyalarını şərh edərkən bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Mərkəzi Bankı bəyan edib ki, bank rublun rəsmi məzənnəsini birjadankənar bazarda hesablayacaq, məzənnə isə vahid qalacaq.