20 iyun 2024 13:47
316

Türkiyə - Portuqaliya oyununun hakimləri bilindi

Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda keçirilən Türkiyə - Portuqaliya oyunu üçün hakim təyinatları açıqlanıb.

“İki sahil” xəbər verir ki, matçı Almaniya Futbol Federasiyasından Feliks Zvayer idarə edəcək. Ona həmyerliləri Stefamo Lupp və Marko Açmüller köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Xesus Gil Manzano (İspaniya) yerinə yetirəcək. 

Qeyd edək ki, Türkiyə - Portuqaliya görüşü iyunun 22-i keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.