23 iyun 2024 01:13
323

Kevin De Bruyne Belçika-Rumıniya yarışının ən yaxşı seçildi

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Belçika-Rumıniya matçının (2-0) ən yaxşı futbolçusu müəyyənləşib.

“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Kevin De Bruyne yarışın ən yaxşı oyunçusu seçilib.

UEFA-nın Texniki Müşahidə Şurası bildirib: “O, ilk xallarını qazandıqları Belçika üçün fərqi yaratdı. Yenə də o, komandası üçün əsas oyunçu idi”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”