24 iyun 2024 15:37
216

Çinə yatırılan xarici investisiyalar niyə azalır?

Çin iqtisadiyyatına birbaşa xarici investisiyalar yanvar-may ayları arasında 412,51 milyard yuan (56,81 milyard dollar) təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,2% azalmadır.

“İki sahil” xəbər verir ki, bu barədə “Kommersant” Çinin Ticarət Nazirliyinə istinadla məlumat yayıb.

Çinə xarici investisiyalar ardıcıl 12-ci aydır ki, azalır. Eyni zamanda, cari ilin ilk dörd ayının nəticələrinə görə, xarici investisiyalarda azalma 27,9% təşkil edib.

Bu ölkənin Ticarət Departamenti azalmanı yüksək baza effekti ilə əlaqələndirir. Rəsmi Pekin hesab edir ki, investisiyaların azalmasına baxmayaraq, onların həcmi hələ də çox yüksəkdir.