28 iyun 2024 08:55
195

Daşkənddə 5 uşaq atası 11 yaşlı ögey qızını zorlayıb

31 yaşlı beş uşaq atası 11 yaşlı ögey qızını sistemli şəkildə zorlamaqda ittiham edilir.

“İki sahil” “UzNews”a istinadla xəbər verir ki, hadisə Özbəkistanın paytaxtı Daşkənddə baş verib.

Milli Sosial Müdafiə Agentliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, rəsmi nigahdan beş uşağı olan kişi başqa qadını kəbin edib.

Müttəhim özünü ikinci həyat yoldaşına bloqqer kimi təqdim edib.

Saxlanılan şəxsin “Telegram”da məşhur “Militsiya_tv” kanalının inzibatçısı olduğu bildirilir.

Ona qarşı Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 119-cu maddəsi ilə cinayət işi başlanıb.

Qıza isə Əhalinin Sosial Müdafiəsi Agentliyi tərəfindən lazımi tibbi, psixoloji və sosial dəstək göstərilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”