28 iyun 2024 09:02
158

CNN: Tamaşaçıların üçdə ikisi Trampın debatda qalib gəldiyini düşünür

ABŞ-da prezidentliyə namizədlərin ilk teledebatı izləyən tamaşaçıların üçdə ikisi qələbəni ABŞ-ın keçmiş prezidenti Donald Trampa verib.

“İki sahil” xəbər verir ki, ekspress sorğunun nəticələrini CNN televiziya şirkəti təqdim yayıb.

67% Trampın debatda qalib gəldiyinə inanır, 33% isə ABŞ-ın hazırkı prezidenti Co Baydenin qalib gəldiyi barədə fikir bildirib.

The New York Post xatırladır ki, 2020-ci il prezident seçkilərindən əvvəl, CNN ekspress sorğularına görə Bayden debatlarda iki dəfə qalib gəlmişdi. Birinci debatdan sonra üstünlük 60%-dən 28%-ə, ikincidən sonra isə 53%-dən 39%-ə qədər olub.

İyunun 27-də Corciya ştatının Atlanta şəhərində ABŞ tarixində indiki və keçmiş prezidentlər arasında ilk teledebat keçirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”