24 iyun 2024 15:44
301

Rusiya ilə Cənubi Koreya arasında münasibətlər kəskinləşə bilər

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sanksiyaları səbəbindən Rusiya ilə Cənubi Koreya arasında münasibətlərin pisləşəcəyini proqnozlaşdırıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə o, Telegram-da yazıb.

“Seulda Rusiya ilə KXDR arasında yeni sazişdən narahatdırlar. Biz bunu ciddi şəkildə həyata keçirəcəyik, o cümlədən qarşılıqlı təhlükəsizliklə bağlı maddələr. Lakin Cənubi Koreyanın anti-Rusiya sanksiyalarına düşünmədən əməl etməsini nəzərə alaraq, onlarla münasibətlər pisləşməyə davam edəcək”, - deyə, Medvedev qeyd edib.

Xatırladaq ki, Cənubi Koreya Prezident Administrasiyasının Milli Təhlükəsizlik Departamentinin rəhbəri Çanq Ho-Jin bildirib ki, Rusiya KXDR-ə müasir hərbi texnologiyaları ötürsə,  o halda Seul Ukrayna Silahlı Qüvvələrinə silah tədarükü ilə bağlı heç bir məhdudiyyətə əməl etməyəcək.