24 iyun 2024 20:05
513

İlin ən yüksək reytinqli filmləri - FOTO

2024-cü ildə bir çox film və layihələr xeyli diqqət çəkib. Lakin IMDb göstəricisinə görə  ən yüksək 5 pilləyə bu filmlər layiq görülüb.

Grassland

IMDb: 9.9

Grassland, ədalət axtarışının və ictimai mübarizənin mərkəzində yerləşən, təsirli bir hekayəyə bizi dəvət edir. Film kiçik bir şəhərdə anasının qanunsuz marixuana biznesini riskə atan gənc bir Latino oğlanının hekayəsindən bəhsd edir. Qonşularla dostluq həm onun, həm də ailəsinin həyatını dəyişir. Jeff Kober, Rachel Ticotin və Mía Maestronun güclü performansları ilə film tamaşaçılara emosional və düşündürücü bir təcrübə təqdim edir. O, xüsusilə də ədalət sisteminin çatışmazlıqlarını diqqətəlayiq şəkildə əhatə etməsi ilə diqqət çəkib və IMDb reytinqindən də göründüyü kimi, çox yüksək qiymətləndirilib.

Touch

IMDb: 9.2

Bu melodram sizi həm göz yaşlarına boğar, həm də dərin düşüncələrə qərd edər. Baltasar Kormákurun rejissorluğu ilə çəkilən "Touch" filmi, 50 il əvvəl itkin düşən ilk məhəbbətini tapmaq üçün yola düşən dul bir adamın hekayəsindən bəhs edir. Egill Ólafssonun canlandırdığı Kristofer keçmişin izlərini axtararkən Yaponiyadan İslandiyaya qədər uzanan səyahətə çıxır və sevginin zamansızlığını kəşf edir. Tənqidçilər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilən bu film artıq ilin ən təsirli filmlərindən biri hesab olunur.

Dune: Part Two

IMDb 8.6

Dune: İkinci hissə — ssenarini Jon Spaihts ilə birgə yazan Denis Vilnoev tərəfindən rejissorluq və prodüserlik etdiyi 2024-cü il Amerika epik elmi fantastika filmidir. İkinci film Paul Atreidesin (Timothée Chalamet) epik səyahətini davam etdirir və tamaşaçıları bir daha Arrakisin çətin şəraitinə aparır. Paul Atreides, ailəsinin qisasını almaq və planetə nəzarəti ələ keçirmək üçün apardığı mübarizəni daha da dərinləşdirir, yeni ittifaqlar qurur və güclənir. Zendayağın canlandırdığı Çani ilə münasibətləri filmə emosional dərinlik verir, səhra planetinin möhtəşəm görüntüləri və dastanlı döyüş səhnələri tamaşaçıları heyran edir. Villeneuve'nin ustalığı ilə bu film 2024-cü ilin ən yüksək reytinqli filmlərindən birinə çevrildi.

Insıde out two

IMDb 8.2

Pixarın animasiya filmi olan Insıde out two, nəhayət ki, 2024-cü ildə bizimlə görüşdü! Riley-nin beyninə yenidən daxil oluruq, ancaq bu dəfə vəziyyət bir az daha mürəkkəbdir. Gənc bir qız olan Riley yeni duyğularla qarşılaşır. Xoşbəxtlik, kədər, qəzəb, qorxu və nifrət, yeni duyğular, narahatlıq, qısqanclıq, utanc və yorğunluqla birləşir. Rileyin yeni emosional səyahəti onun çətin və bəzən də qarışıq daxili dünyasını kəşf etməyə imkan verir. Yeni dostlar qurarkən köhnə dostları ilə əlaqələrini də balanslaşdırmağa çalışır. Pixarın möhtəşəm animasiyaları və dərin xarakter analizi, bu davam filmində də bizə unudulmaz anlar yaşadacaq. Insıde out two həm uşaqlar, həm də böyüklər üçün möhtəşəm filmdir.

Maidaan

IMDb 8.1

Futbolun cazibəsinə qapılmağa hazırsınızmı? "Maidaan" Hindistan futbolunun qızıl dövrünü əks etdirən möhtəşəm bioqrafik filmdir. Bollivudun istedadlı aktyoru Ajay Devgn, əfsanəvi futbol məşqçisi Syed Abdul Rahimi canlandırır. 1950-ci və 60-cı illərdə Hindistanın beynəlxalq aləmdəki uğurlarını əks etdirən bu film təkcə futbol həvəskarları üçün deyil, ilham verici hekayələri sevən hər kəs üçün gözəl seçimdir. Məşqçi Rahimin qətiyyət dolu səyahəti sizi həyəcanlandıracaq və motivasiya edəcək.

Nigar Orucova, “İki sahil”