28 iyun 2024 08:27
145

Tramp: Bayden Rusiyanı Ukrayna ərazisinə girməyə sövq etdi

Sabiq president Putinin Ukraynada sülhə dair şərtlərini qəbuledilməz adlandırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynada sülh üçün irəli sürdüyü şərtləri məqbul hesab etmədiyini bildirib.

“İki sahil” xəbər verir ki, sabiq dövlət başçısı qarşıdan gələn seçkilərdəki rəqibi, hazırkı prezident Co Baydenlə televiziya debatı zamanı jurnalistin müvafiq sualına cavabında Putinin şərtlərini qəbuledilməz adlandırıb: "Qulaq as, əgər liderimiz olsaydı, bu (müharibə - red.) heç vaxt başlamamalı idi.

Onun sözlərinə görə, ABŞ prezidenti Rusiya lideri Vladimir Putinin hörmət etdiyi biri olsaydı, Rusiya Ukraynada xüsusi hərbi əməliyyat başlamazdı: "Bayden Rusiyanı Ukrayna ərazisinə girməyə sövq etdi".

Məhərrəm Ağalaroğlu, “İki sahil”