30 iyun 2024 17:39
160

İzmirdə restoranda partlayış baş verib: 4 nəfər ölüb - VİDEO

İzmirin Torbalı rayonunda restoranda partlayış baş verib.

“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, ilkin məlumata görə, 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Təbii qazdan qaynaqlandığı ehtimal edilən partlayışdan sonra başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Polis qrupları partlayışın baş verdiyi restoranın qarşısında geniş təhlükəsizlik tədbirləri görüb.

Partlayış ətrafdakı bəzi binalara da ziyan vurub.

İzmir valisi Süleyman Elban “TRT Haber”ə deyib ki, hadisə yerində yoxlamalardan sonra açıqlama verəcək: “Bəziləri hadisənin təbii qazdan, bəziləri isə qaz balonlarından qaynaqlandığını deyir. Partlayışın qazdan olduğu dəqiqdir, ancaq bunun balon və ya təbii qaz olması ilə bağlı ətraflı məlumatı yerində yoxlamamızdan sonra açıqlayacağıq”.

Ehtiyat tədbiri olaraq qaz kəsilib, ərazi boşaldılır. Təhlükəsizlik bölmələrimiz tədbir gördü.

İlkin müəyyənləşmələrdən sonra vətəndaşların yaşayış və digər ehtiyacları üçün dəstək veriləcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”