28 iyun 2024 08:41
151

MKİ-nin keçmiş analitiki: Digər ölkələrin bizim reaksiya verdiyimiz kimi reaksiya verməsi bizi təəccübləndirir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson Sevastopoldakı taktiki raket hücumunu Florida ştatının Mayami çimərliyində Amerika vətəndaşlarına edilən xəyali “hücumla” müqayisə edib.

“İki sahil” xəbər verir ki, o, jurnalist Reyçel Blevinsə müsahibəsində deyib: “Amerikalılar Mayamidə çimərlikdə günəş vannası qəbul edərdilərsə və Meksikalı narkokartel tərəfindən atılan Rusiya kaset bombası başlarının üstündə partlasaydı biz həm Meksika narkokartelini, həm də Rusiyanı günahlandıraraq, onların bu cür döyüş sursatı verməklə nəyə nail olmağa çalışdıqları barədə qanuni sual verərdik”.

Conson əmindir ki, belə hal baş verərsə, ABŞ vətəndaşları Amerika hakimiyyətindən təcavüzə cavab verməsini tələb edəcəklər: “Lakin digər ölkələrin bizim reaksiya verdiyimiz kimi reaksiya verməsi bizi təəccübləndirir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”