28 iyun 2024 22:16
123

23 yaşlı gənc intihar edib

Goranboyda intihar hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Xoylun kəndində qeydə alınıb.

Kənd sakini 2001-ci il təvəllüdlü Amin Həsənli yaşadığı evin həyətində özünü asıb.

Onun cəsədi yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.