30 iyun 2024 23:32
155

Culfada ikimərtəbəli evdə yanğın olub

Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində yerləşən ikimərtəbəli yaşayış binasında ümumi sahəsi 70 m² olan üçotaqlı mənzilin mətbəxinin tavanı 8 m² sahədə yanıb.

“İki sahilxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.