30 iyun 2024 19:52
170

Gəncədə avtomobil 2 yeniyetməni vurub YENİLƏNİB

Gəncədə avtomobilin vurduğu yeniyetmənin biri xəstəxanada ölüb.

“İki sahil” APA-ya istinadla xəbər verir ki, həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 2011-ci il təvəllüdlü Ə.M dünyasını dəyişib.

***

Gəncə şəhərində 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki,  hadisə Cavadxan qəsəbəsində qeydə alınıb.

Avtomobil 2011-ci il təvəllüdlü Ə.Məmmədlini və daha bir yeniyetməni (ad və soyadı dəqiqləşdirilir-red) vurub.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.