30 iyun 2024 22:50
165

Qoyunları maşın vurub

Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb, 15-ə yaxın heyvan tələf olub.

Hadisə Bakı-Qazax əsas magistral yolunun 178-ci km-də rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1972-cil il təvəllüdlü Quliyev Şamil Qəni oğlunun idarə etdiyi "Mercedes" markalı minik maşını Gəncə istqamətində hərəkətdə olarkən yoldan keçən qoyun sürüsünə çırpılıb. Nəticədə 15 başa yaxın xırdabuynuylu heyvan tələf olub.

Hadisə zamanı həmçinin çoban ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

“Report”