02 iyul 2024 18:17
304

“SOCAR Fiber” və “EXA Infrastructure”dan strateji əməkdaşlıq

“SOCAR Türkiyə”nin qrup şirkəti olan “SOCAR Fiber” Türkiyə-Yunanıstan və Türkiyə-Gürcüstan sərhədi arasında fiber infrastrukturu üzərində işıqsız fiber xidməti göstərmək üçün dünyanın aparıcı telekommunikasiya şirkəti “EXA Infrastructure” ilə protokol müqaviləsi imzalayıb.

Şirkətin sosial şəbəkə hesabında yayılan məlumatda görə, Türkiyənin ən böyük birbaşa xarici sərmayədarı və ən böyük inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə”nin qrup şirkətlərindən biri olan “SOCAR Fiber” Telekommunikasiya sektorunda qlobal potensialdan istifadə edərək, operatorlarına bütün növ elektron rabitə və yüksək sürətli internetə çıxış üçün magistral şəbəkə xidmətləri göstərməyə davam edir.

“EXA İnfrastructure” ilə imzalanmış əməkdaşlıq protokolu çərçivəsində şirkət EXA tərəfindən dünyanın nəhəng hipermiqyaslı qlobal məlumat mərkəzi operatorlarına “SOCAR Fiber”ə məxsus bir cüt fiber optik kabel uclarının icarəyə verilməsi, eləcə də digər kabel uclarının satışı ilə bağlı razılığa gəlib.

Bundan əlavə, şirkət gələcəkdə qlobal miqyasda layihələrini davam etdirəcəyini, yerli və qlobal şirkətlərə lizinqlər verməyə davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, “SOCAR Fiber” 2013-cü ildən Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) marşrutu üzrə 1850 kilometr uzunluğunda fiber-optik infrastruktur vasitəsilə təhlükəsiz elektron rabitə infrastrukturu xidməti göstərir. Türkiyəni şərqdən qərbə keçən bu fiber optik xətt ümumilikdə 20 vilayət və 67 rayona xidmət göstərir.

“EXA İnfrastructure” ilə əməkdaşlıq müqaviləsi “SOCAR Fiber”in sektordakı mövqeyini gücləndirməklə yanaşı, şirkət qarşıdakı dövrdə də Türkiyənin rəqəmsal transformasiyasına əhəmiyyətli töhfələr verməyi hədəfləyir.

Orxan Vahidoğlu, “İki sahil”