02 iyul 2024 15:14
152

Norveç vətəndaşı Çinin xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb

Şəxsiyyəti açıqlanmayan Norveç vətəndaşı Çinin xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Norveçin “VG” qəzeti məlumat yayıb.

30 yaşlı kişi dövlət sirrini təşkil edən məlumatları toplamağa cəhd etməkdə şübhəli bilinir. Norveçlinin vəkili saxlanılan şəxsin Çin agenti olmadığını və günahsız olduğunu bəyan ediblər.