04 iyul 2024 15:54
169

Ukraynadakı münaqişə Qərb siyasətçilərinin dünyaya baxışının nəticəsidir - Lukaşenko

Ukraynadakı münaqişə Qərb siyasətçilərinin dünyaya baxış tərzinin nəticəsidir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko Astanada ŞƏT+ formatında keçirilən görüşdə bildirib.

“Vaşinqton-London hegemoniyası dünyaya öz mülkü kimi baxır. Ukraynada münaqişə məhz bu fəlsəfə çərçivəsində qızışdırılıb”, - deyə, Lukaşenko bildirib.

Lukaşenko həmçinin bildirib ki, Qərb planetin əhalisinə insan kimi deyil, şəxsi rifah əldə etmək üçün  vasitə kimi baxır.