02 iyul 2024 15:23
160

"Şerif" braziliyalı legionerlə yolları ayırdı

"Zirə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) futbolçusu Rikardinyo ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub paylaşımında 34 yaşlı braziliyalı legionerlə vidalaşıb.

Qeyd edək ki, Rikardinyo 2013-2016, 2017 və 2023-cü illərdə "Şerif"də oynayıb. O, klubla 5 dəfə Moldova çempionlu, 3 dəfə isə ölkə kubokunun qalibi olub.