04 iyul 2024 15:33
180

BMT qlobal terrorizmlə mübarizədə ŞƏT-lə əməkdaşlığa hazırdır

BMT qlobal terrorizmlə mübarizədə Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa hazırdır.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Astanada ŞƏT+ formatında keçirilən görüşdə deyib.

Quterreş Əfqanıstanda “terror ocağı”nın yaranmasının qarşısının alınmasının ölkələr üçün vacib olduğunu da qeyd edib.