07 iyul 2024 21:03
487

Eyni vaxt 3 dəfə ölümdən qurtuldu...

Epilepsiyası tutdu, motosikletdən yıxıldı, avtobusun altında qalmaqdan son anda xilas oldu

İstanbulun Şişli rayonunda başqasının istifadəı etdiyi motosikletlə hərəkətdə olarkən epilepsiya tutması keçirən Mehmet Ş. yola yıxılıb.

“İki sahil” xəbər verir ki, həmin vaxtı hərəkətdə olan avtobusunun sürücüsü yıxılan şəxsi son anda görüb və avtobusu saxlamağa müvəffəq olub.

Bildirilib ki, əraziyə gələn tibbi heyətin ilk müdaxiləsinin ardından Mehmet Ş. xəstəxanaya yerləşdirilib.

Motosiklet sürücüsü Emrah Akman mətbuat mənsublarına bildirib ki, onun arxasında oturan dostunun yolda epilepsiya tutması olub.

Dostunun bu səbəbdən yıxıldığını izah edən Akman, "Dostum hazırda xəstəxanadadır, vəziyyəti yaxşıdır", deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”