08 iyul 2024 02:57
452

Demokratlar Baydeni Harris ilə əvəzləyəcək?

WSJ: Demokratlar Harrisi Baydenin yeganə mümkün əvəzləyicisi kimi görürlər

Demokratlar Partiyasının elitası ABŞ-ın vitse-prezidenti Kamala Harrisə prezidentlik yarışında ABŞ lideri Co Baydenin yerinə yeganə namizəd kimi baxır.

“İki sahil” xəbər verir ki, bu barədə bazar günü “Wall Street Journal” məlumat yayıb.

“Artıq elita arasında konsensus var ki, Baydenə yeganə alternativ vitse-prezident Kamala Harrisdir. Onun da seçkilərdə Trampdan geri qalmasından narazılıq yaranacaq və K.Harris inflyasiya və Baydendən qalan digər problemləri bəhanələr gətirməli olacaq. Ancaq kimlik siyasətinə sitayiş edən partiyanın elitası azlıqda olan qadının namizədliyini rədd etməkdən qorxacaq”.

Məqalə müəlliflərinin fikrincə, demokratlar Baydenin prezident seçkilərində partiyanın namizədi ola biləcək Harrislə əvəzlənməsi məsələsini milli qurultayda rəsmi şəkildə həll etməlidirlər ki, bu da qlobal diqqəti cəlb edəcək.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”