İstanbulda 5 mərtəbəli binanın sonuncu mərtəbəsindəki evin mətbəxdəki soyuducunun mühərrikinin partlaması nəticəsində yanğın baş verib.
“İki sahil” xəbər verir ki, yanğın zamanı evdə sıxılmış vəziyyətdə qalan 75 yaşlı qadın və qızı vətəndaşlar tərəfindən xilas edilib.
Tüstünün qalxdığını görənlər yanğınsöndürənlərə xəbər verməklə bərabər öz imkanları ilə yanğını söndürməyə çalışıblar.
Yerli sakinlər köməyə tələsərək, yeriməyə çətinlik çəkən yaşlı qadını və qızını liftlə endiriblər.
Yanğında zaman zaman partlayışların baş verməsi ətrafdakı insanlar arasında böyük çaxnaşmaya səbəb olub. Hadisə yerinə gələn yanğınsöndürənlər qısa müddətdə alovu nəzarətə götürən qruplar yanğını söndürüblər.
Yanğının soyuducunun motorunda baş verən partlayış nəticəsində baş verdiyi müəyyən edilib.
Hadisə zamanı xəsarət alan olmasa da, mənzilə ziyan dəyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”