31 iyul 2024 02:26
574

Emal edilmiş qidalar ölüm nisbətini artırır

Minimum işlənmiş qida ən sağlamıdır. Məsələn, bu, qaynadılmış ət və ya yumurta ola bilər. Amma hamımızın sevdiyi və yediyi qidalar var ki, tərkibində hər bir məhsul emal olunub. Ultra emal edilmiş məhsulların siyahısına, məsələn, emal edilmiş ət və çörəyə əlavə olaraq, nişasta, trans yağları, konservantlar, stabilizatorlar, boyalar və əlavə dadlandırıcılar olan burqerlər daxildir.

Aparıcısı olduğu sağlamlıq proqramında rusiyalı həkim Aleksandr Myasnikov bildirib ki, evdə mətbəxinizdə tapa bilməyəcəyiniz maddələr mütləq fastfudların çoxuna qatılır.

Hətta adi çörək də ultra emal edilə bilər. Tərkibində yalnız un, su və emal edilməmiş taxıllar varsa, bu normal məhsuldur. Əgər zərif taxıllardan, duzlu, şəkərli, böyük qlisemik indekslə hazırlanırsa, o, zərərli məhsuldur.

Taxıllar, zülal barları, bəzi süd növləri, “uzunömürlü” yoqurtlar, şəkər əlavə edilmiş şirələr və bir çox başqa qidalar da bizə düzəlməz zərər verə bilər.

Nubar Süleymanova, “İki sahil”