Yemək zamanı nə qədər göyərti yesək, bu yalnız həyatımızı sağlam yaşamağımıza səbəb olar. Xörəyimizə ləzzət qatan göyərtilər, həm də bizi bir sıra xəstəlikdən qoruyur. Bəli, demək olar ki, göyərtilər ağız dadımız, eləcə də şəfa mənbəyidir. Artıq dünya alimləri tam öyrəniblər ki, insanın uzunömürlü olmasında onların böyük əhəmiyyəti vardır.
Hər bir göyərti də özünəməxsus üstünlüyü ilə seçilir. Adam olmaz ki, cəfərini sevməsin. Bu, sanki Tanrı tərəfindən gələn bir istəkdir. Çünki, cəfəri yeyənin ağzından heç vaxt iy gəlməz. Eyni zaman cəfəri qana qatılıq gətirir. Səbəb onun tərkibində olan K vitamini ilə bağlıdır. Qanaxmaya meylli insanların, hətta qan xərçəngindən əziyyət çəkənlərin cəfəridən istifadəsi öz yaxşı nəticəsini verə bilir.
Bəzən dilimizin üstündə ərp yaranır. Sarımsaq yeməklə çox asanlıqla bunun qarşısını almaq olur. Həmçinin arterial təzyiq zamanı sarımsaqla tərxunun birgə yeməsinin səmərəsi böyükdür. Xörəyi keşnişlə yemək mədədə şişkinliyin qarşısını almaqla bərabər, əsəblərə də sakitlik gətirir. Kərəviz böyrək və öd daşın cansıxıcı əziyyətində qurtulması üçün, sözün əsl mənasında, dərmanıdır. Hər gün onun şirəsindən bir stəkan içmək xəstəliyə son qoymaq deməkdir. Hazırda təbabətdə şiş xəstəliyin müalicəsində kərəvizdən geniş istifadə olunur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü