Azərbaycan boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
“İki sahil” xəbər verir ki, 80 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gəlib.
Rəqibinə məğlub olan təmsilçimiz çıxışını başa vurub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər boksçusu Alfonso Dominqes 1/4 finalda Aybek Oralbaya (Qazaxıstan) qalib gələrək yarımfinala adlayıb. Dominqes bu nəticənin ardından ən azı bürünc medalı təmin edib.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir