Qazaxıstanın Türküstan bölgəsində Qazaxıstan-Özbəkistan sərhədinin “Konısbayev” nəzarət-buraxılış məntəqəsində ayaqqabı boyası içərisində 775 kiloqram heroin olan avtomobil aşkarlanıb.
“İki sahil” xəbər verir ki, külli miqdarda narkotik vasitə ilə sərhədi keçməyə cəhd edənlər Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Qazaxıstan-Özbəkistan sərhədində tapılan narkotiklərin qara bazar dəyəri 15 milyon ABŞ dollardan çoxdur.
Cinayət törətməkdə şübhəli bilinən iki xarici ölkə vətəndaşı məhkəmənin qərarı ilə həbs edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”