Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş”ı Turkcell Superkubokunu qazanması münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, dövlət başçısı sosial media hesabın paylaşdığı təbrikdə qeyd edib: “Beşiktaşı və bütün Beşiktaş ictimaiyyətini 2024-cü ildə Turkcell Superkubokunun finalında Qalatasarayı məğlub edərək çempion olmaları münasibəti ilə ürəkdən təbrik edirəm. Gələn həftə başlayacaq mövsümdə bütün komandalarımıza uğurlar arzulayıram”.
Xatırladaq ki, "Beşiktaş" "Qalatasaray"ı 5:0 hesabı ilə məğlub edərək Turkcell Superkubokunu qazanıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB