İsveçrəli triatlonçular Adrien Briffod və Simon Uestermann Paris Olimpiadasında kişilər arasında qarışıq estafet yarışılarında iştirakdan imtina ediblər.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, idmançılar buna səbəb kimi Sena çayında keçirilən triatlon yarışlarından sonra mədələrində yaranan problemləri göstərib.
Bu, Paris-2024-də ilk belə hal deyil. Bir neçə gün əvvəl belçikalı atlet Kler Mişel də Sena çayında çimdikdən sonra bağırsağına infeksiya düşmüşdü.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməkdən qürur duyur