Sabah çox diqqətli olmalıyıq.
“İki sahil” xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis pley-off mərhələsində potensial rəqibləri olan Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu haqqında qısa danışıb: "İstənilən püşkatmaya normal yanaşmışam. Bu turnirdəki hər komanda öz ölkəsinin çempionudur. Onlara qeyri-ciddi yanaşa bilmərik. İlk olaraq hazırkı rəqibi düşünürük. Sabahkı oyunda üstünlük bizi aldatmamalıdır. Rəqibin heyətində keyfiyyətli futbolçular var. Bizə favorit gözü ilə baxırlarsa belə, reaksiya verməli deyilik".
Qeyd edək ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Lüdoqorets” görüşü saat 20:00-da başlayacaq.
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməkdən qürur duyur