Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
“İki sahil” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək CFR (Rumıniya) - “Makkabi” (Petah Tikva, İsrail) görüşünün hakim-inspektoru olacaq.
Macarıstanlı baş hakim Tamaş Boqnarın idarə edəcəyi qarşılaşma Kluj-Napoka şəhərində yerləşən “CFR Kluj” stadionunda reallaşacaq.
Qeyd edək ki, görüş avqustun 15-də təşkil olunacaq.
Samir Şərifov: Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməkdən qürur duyur
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalına start verilib