Paris-2024 Yay-Olimpiya Oyunlarında isveçli atlet Arman Düplantis maraqlı hərəkəti ilə diqqət çəkib.
“İki sahil” xəbər verir ki, o, şüvüllə hündürlüyə tullanmaqda 6,25 metr yüksəkliklə rekord qırıb və ikinci dəfə Olimpiya çempionu olub. Düplantis qələbəsini Olimpiya Oyunlarında mükafat qazanan türkiyəli atıcı Yusuf Dikeçin pozu ilə qeyd edib.

Skandinaviyalı atlet bu hərəkəti ilə atıcıya dəstək nümayiş etdirib.
Samir Şərifov: Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməkdən qürur duyur
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalına start verilib